Xəbərlər
Vergi bəyannamələri təkmilləşdirilir
2021-09-18 12:01:51
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinin məmnunluğunun təmin edilməsi məqsədilə bəyannamə (hesabat) formalarının təkmilləşdirilməsi və sadələşdirilməsi prosesini davam etdirir. Bəyannamə formalarının təkmilləşdirilməsi, vergi ödəyiciləri üçün daha rahat və səmərəli bir formaya gətirilməsi məqsədilə Dövlət Vergi Xidmətində yaradılmış müvafiq işçi qrupu tərəfindən aparılmış təhlillər nəticəsində məlumat bazasının genişləndirilməsi ilə əlaqədar bəyannamələr və onların əlavələrinin formalarında düzəlişlər edilməsinə zərurət yarandığı müəyyən olunub. Bununla əlaqədar “Daşınmaz əmlak t...
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsinin birgə məlumatı
2021-09-18 11:52:00
Son günlər üçüncü şəxslər üçün mal idxal edən və vergidən yayınan bəzi şirkətlər malların gömrük ərazisində saxlanılması və onlara qarşı maneə yaradılması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yaymaqla ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışırlar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması və biznes subyektlərinin fəaliyyətinin şəffaflaşdırılması məqsədilə səmərəli vergi və gömrük nəzarəti mexanizmləri tətbiq edilməklə dövriyyələrin “ağardılması” istiqamətində müvafiq addımlar atılır. Vergi və gö...
Qarabağın bərpasına həsr olunmuş biznes forum keçirilib
2021-09-18 12:00:00
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) iqtisadiyyat nazirlərinin görüşü çərçivəsində biznes forum keçirilib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına həsr olunmuş biznes forumun açılışında çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, türkdilli dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan iqtisadi münasibətlər keyfiyyətcə yeni müstəvidə ildən-ilə daha da genişlənir. TDƏŞ-ə üzv dövlətlərlə uğurlu ticarət-investisiya əməkdaşlığı həyata keçirilir. 1995-ci ildən 2021-ci ilin 3 ayınadək olan TDƏŞ üzvü olan ölkələr Azərbaycan iqtisadiyyatına 13,5 mlrd. ABŞ dolları həcmində investisiya q...
Şəffaflıq və audit: yeni dövrün çağırışları, problemlər, vəzifələr”
2021-09-18 11:58:00
Azərbaycan Respublikası Auditorlar Palatasının 25 illik yubileyi münasibətilə 2021-ci il 16 sentyabr tarixində Auditorlar Palatası və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə “Fairmont Baku” otelində “Şəffaflıq və audit: yeni dövrün çağırışları, problemlər, vəzifələr” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbiri Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov açaraq, iştirakçıları və qonaqları salamlayıb. Konfransın əvvəlində Auditorlar Palatasının yubileyi münasibətilə auditor fəaliyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab...
Ən varlı amerikalılar milyardlarla dollar vergidən yayınmaqda günahlandırılırlar
2021-09-16 15:12:00
ABŞ-ın Maliyyə Nazirliyi hesabat dərc edib, həmin hesabata əsasən ABŞ-ın ən varlı sakinlərinin bir faizi il ərzində 163 milyard dollar məbləğində vergi ödənişindən yayınıblar. Vaxtında tədbir görülməsə, vergidən ödənilən məbləğ yaxın 10 il ərzində 7 trilyon dollar təşkil edəcək, "The New York Times" nəşri belə yazıb ABŞ prezidenti Co Baydenin administrasiyası vicdansız vergi ödəyicilərinə qarşı mübarizə aparır və “vergi dəliyini” qapatmağa cəhd edir. Hakimiyyət ABŞ vergi xidməti üçün 80 milyard dollar ayırmağı düşünür. Subsiyadaların məqsədi – xəzinəyə vergi məbləğlərini tam şəkildə ödəməməyə imkan verən sxemlərin izlə...