Haqqımızda

BİZ KİMİK?

“Azimuth” şirkəti 2009-cu ildən bəri fəaliyyətini davam etdirir. Ölkəmizdəki ən müasir qanunvericilik çərçivəsində müştəriləri üçün dəyər yaradan, maliyyə mühasibatlıq şirkətidir. Şirkətimiz müştərilərə idarəetmə, vergi, audit, hüquq, qiymətləndirmə, biznes plan, maliyyə və mühasibat sahələrində xidmətlər göstərir, lakin bunlarla məhdudlaşmayan daha geniş xidmətlər təqdim edir. Özəl şirkətlərə və yüksək nailiyyətlərə sahib fərdlərə: ağıllı, inamlı, gələcəyə yönəlmiş qərarlar qəbul etməkdə və həyata keçirməkdə kömək edirik. Bir maliyyə məsləhətçisi olaraq tabe olduğumuz qanunvericiliyə 100% əməl edərək fəaliyyətimizi davam etdirmək əsas prinsipimizdir. “Azimuth” MMC-nin məqsədləri və əsas prinsipləri bunlardır: ◾ Dövlətimiz tərəfindən müəyyən edilmiş qanunvericiliyin tələblərinə əməl edərək müştərilərimizə maksimum dəyər qazandıracaq şəkildə fəaliyyət göstərmək; ◾ Beynəlxalq və vergi qanunvericiliyinə tam uyğunluğu təmin etmək; ◾ Mühasibat və maliyyə məsləhətləri xidmətlərini təkmilləşdirərək dəyər qatmaq; ◾ Mühasibat uçotunun şirkətin balans və bazar dəyərini artıracaq şəkildə qurulması və müştərilərinə məsləhət verilməsi; ◾ Maliyyə məsləhətini mümkün qədər rəqəmsallaşdırmaq, səmərəlilik və keyfiyyət artımı üçün texnoloji imkanlardan istifadə etmək. Kollektivimizin hamısı yüksək ixtisaslı və öz sahələrində təcrübəsi olan insanlardır. Komandamız hər bir müəssisənin böyüməsinə kömək etdiyi sübut edilmiş beynəlxalq mühasibat sistemi təqdim edir. İndiki və gələcək maliyyənizi idarə etmək üçün məsləhətlər, öz biznesinizi doğru şəkildə irəliləməyə sövq edərək müvəffəqiyyətinizi davamlı etməyə və sürətləndirməyə kömək edir. Bizim yanaşmamız, mümkün olan yüksək keyfiyyət standartlarına cavab verməyə, eyni zamanda peşə etikasına diqqət yetirməyə əsas verir.Təzə perspektivlər və bütün iş ehtiyaclarımıza uyğun həll variantları təklif edirik. Zamanında təqdim etdiyimiz peşəkar xidmətlər keyfiyyətə yönəlmiş bir yanaşma ilə tamamlanır. Bir təşkilatın nailiyyətlərinin hər bir şəxsin birgə səylərinin nəticəsi olduğuna inanırıq. Maliyyənizə və ən əsas vaxtınıza qənaət edirik.